Azərbaycanlılar Ermənistanın Parisdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

  • İyul 22, 2020 18:10
  • [ad_1]

    Bakı. Trend:

    Azərbaycanlılar Ermənistanın Parisdəki Səfirliyinin qarşısında etiraz aksiyası edib.

    Trend-in məlumatına görə, həmvətənlərimiz Ermənistanın Parisdəki səfirliyinin qarşısında bu ölkənin silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata, eləcə də erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvlərinin Parisdəki səfirliyimizin qarşısında icazəsiz keçirdikləri aksiyaya və səfirliyin binasına qarşı etdikləri vandalizmə etiraz ediblər.

    Aksiyada Fransada yaşayan soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr, bu şəhərdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

    Aksiya iştirakçıları əvvəlcə iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat zamanı həlak olan şəhidlərimizin adını səsləndirib və onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himnini səsləndiriblər.

    İştirakçılar fransız dilində çıxış edərək ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıblar, Azərbaycan ordusuna dəstək ifadə olunub.

    Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızı işğal altında saxlaması qeyd edilib. Bildirilib ki, Azərbaycan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan son təxribatları ilə bir daha münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərdi. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın son hərbi təcavüzü hərbçilərlə bərabər mülki şəxslərin də ölümünə səbəb olub.

    Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı və ilhaqı ilə heç vaxt barışmayacaq. Ermənistanın psevdodemokrat rəhbərləri bilməlidirlər ki, onların təcavüz və işğal siyasəti regional sülhə və təhlükəsizliyə təhdiddir və demokratiya konsepsiyasına ziddir.

    X X X

    16.44

    Fransada azərbaycanlılar Ermənistanın son baş verən təxribatlarına etiraz olaraq aksiya edir.

    Trend-in məlumatına görə, həmvətənlərimiz aksiyada Azərbaycan bayraqlarını dalğalandıraraq şüarlar səsləndirib. Aksiyanın keçirilməsində məqsəd Qarabağ həqiqətlərini Fransa ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir.

    Aksiya dinc formada davam edir.

    [ad_2]

    Source link

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir