Fizuli Məmmədov: “Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə böyük zərbələr vuran…

  • Sentyabr 6, 2020 23:02
  • Dəyərli dostlar. İki gün öncə (4 sentyabrda) Oxu.az sayıtında gedən “Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxş etdiyi mülklər-siyahı” başlıqlı yazının içərisində “Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm həştərxana, həmdə Moskovaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar” kimi qeyri müəyyən fikirlər yer almışdır. Daha sonra ATV-nin “Xəbərlər” proqramının axşam buraxılışında eyni mətn üzərində sujet yayınlanmışdır.

    Dostların araşdırmsına görə yazı müəllifi , burada söhbətin məndən getmədiyini vurğulayıb. Lakin İki gündür Azərbaycandan və dünyanın müxtəlif bölgələrindən yüzlərlə mesaj alıram. Məni sevən, hörmət edən dostlar, tanışlar, diaspor təmsilçiləri mətndə gedən “Alkaponi” isminin mənimlə nə qədər əlaqəsi olduğunu və belə bir çirkabın içərisində olub-olmadığımı öyrənmək istəyirlər.

    Qətiyyətlə bildirirəm ki, həyatım boyu Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə (ismini ilk dəfə duyduğum) heç bir görüşüm olmamışdır. Əli Həsənovla isə, cəmi İki dəfə Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısında (Amsterdam, Brussel şəhərində) Azərbaycandan toplantıya gələn qonaqlarla birlikdə olduğu üçün digər diaspor nümayəndələri ilə qısa salam və sağolumuz olmuşdur. Bundan sonra Bakıda olduğum müddətdə isə cəmi bir dəfə Əli Həsənovun istəyi üzərinə görüşümüz olmuşdir. Görüşün məqsədi ölkə prezidenti cənab İlham Əliyevin mənə olan yüksək hörmətini, mənə yaxın dost olduğunu, mənə güvəndiyini və diaspor fəliyyətimizə yüksək qiymət verdiyini çatdırmaq olmuşdur.

    Dəyərli dostlar. Bildiyiniz kimi 80-ci illərin axırlarından başlayaraq 30 ildən artıqdır ki, diaspor fəaliyyətində yaxından iştirak edirəm. İş adamı kimi qazancımın müəyyən hissəsini Rusiya və Azərbaycan başda olmaqla bütün dünyada yaşayan soydaşlarımın kiçik problemlərinin həllinə ayırıram. Azərbaycanda rüşvətə, karrupsiyaya bulaşmış, uzun illər dövlətimizə xəyanət etmiş şəxslərlə adımın bir yerdə hallanması əsla yolverilməzdir. Mənim isə dövlətim və xalqım üçün xidmətlərimin ən böyük şahidi ilk öncə hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Mən xalqıma, dövlətimə bağlı bir vətənpərvər şəxs kimi Azərbaycanı bütün varlığımla sevirəm. Uzun illər yarımçıq və cahil zehniyyətə malik ünsürlər tərəfindən dostluğumuzu pozmaq cəhdləri olsada şükür Allaha biz alnıaçıq, şərəfimizlə dostluğumuzu qoruduq saxladıq. Ölkə prezidenti cənab İlham Əliyevi özümə ən yaxın dost bilmişəm və bu gündə bilirəm. Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar xaricdə yaşayan, qəlbi vətən üçün döyünən Azərbaycanlı kimi mənim də ürəyimcədir. Kimliyindən asılı olmayaraq ölkəmizdə aparılan islahatlara hər cür dəstək verməlidir. Uzun illər dövlət qrumlarında yüksək vəzifələri ələ keçirərək, xalqımızı əzən, dövlətimizin inkişafını əngəlləyən, onun imicinə xələl gətirən karupsaner məmurlar ədalət məhkəməsi qarşısına çıxarılmalı və laiqli cəzalarını almalıdırlar. Doğrudur hazırda onların müəyyən bir qismi cəzalansada, bu gün dövlət qurumlarında təmsil olunan karrupsiyyaya bulaşmış, Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə böyük zərbələr vuran antimilli ünsürlər təəssüf ki, hələdə yüksək dövlət postlarında qalmaqdadırlar…

    Bilməliyik ki, Azərbaycan adlı Vətənimiz naminə bir yumuruq kimi birləşməsək, xalqımızla və prezidentimizlə birlikdə olmasaq bizi heç də xoş günlər gözləmir. Uca Allah bu yolda xalqımızın və dövlətimizin yardımçısı olsun.

    Çox sağolun.
    Yaşasın Azərbaycan.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir