Millət vəkilinə sakinlər tərəfindən telefon zəngi edildi

  • Sentyabr 1, 2020 15:32
  • Respublika TV xəbər verir ki,
    Azərbaycan Respublikası Parlamentinin deputatı, Azərbaycanın Rus icmasının sədri Mixail Zabelinə,Xətai rayonu General Şıxlinski 21 ünvanında yerləşən seçicilərindən biri zəng edərək General Şıxlinski 19 ünvanında yaşayan 94 yaşlı bir qadının xəstəxanada koronavirus infeksiyasından vəfat etdiyini bildirib.
    Bu ərazidə yaşayan sakinlər yaşayış binasında infeksiyanın yayılmasından narahat olaraq dezinfeksiya aparılmasında onlara köməklik göstərməsi üçün Mixail Zabelinə müraciət ediblər.Deputat Mixail Zabelində öz növbəsində məlumatı Xətai rayon İcra Hakimiyyətinə bildirilib, bundan sonra şöbə müdiri Rafiq İsaev tərəfindən dərhal dezinfeksiya aparılması üçün tədbirlər görülüb.
    Görülən işlərin fotoları

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir