Siyasi fəal saxlanıldı

  • Sentyabr 18, 2016 20:11
  • Bakıda Konstitusiyada dəyişiklikləri nəzərdə tutan 18 sentyabr referendumuna etiraz mitinqi keçirilib. NİDA VH fəal üzvlərindən biri İmamalıyev Samir Faiq oğlu polislər tərəfindən saxlanılıb. Respublika.com-un xəbərinə görə, siyasi fəal Samir İmamalıyev aksiya zamanı polislər tərəfindən saxlanılıb. Samir İmamalıyev rejimə qarşı keçirilən aksiyaların aktivistlərindən biridir. Həbsdə olan 32 ictimai xadim və jurnalistlərin şəkilləri əks olunmuş “Vicdan məhbuslarına azadlıq” plakatı çıxışların olunduğu əsas kürsüdən asılıb. Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı “Monarxiyaya yox, talana son!”-dur.

    18.09.2016

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir