Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq

  • Aprel 4, 2021 19:59
  • Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

    Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

    Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur:

    “Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər ksin vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənəvəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür. Yalnız vaksinasiya prosesi olduqdan sonra sentyabrdan ənəvəvi tədrisə qayıtmaq mümkün olar”.

    E.Əmrullayev əlavə edib ki, yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdırlar: “Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin zərinə düşən yükü də nəzərə almalıyıq”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir