Gecə karantini pozanlar məsuliyyətə cəlb olundu – Rəsmi
“Sosial şəbəkələrdə “Bakı bu axşam” başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Bu barədə “Qafqazinfo”ya Bakı şəhər BPİ Mətbuat Xidmətindən bildiirilib.
“İyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşaiyət olunub. Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, 5 nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.