ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik

  • İyul 22, 2020 18:11
  • [ad_1]

    Bakı. Trend:

    2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

    Trend-in məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır: “Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik”.

    [ad_2]

    Source link

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir