“Bütün pullarımı geyimlərə xərcləmişəm” – Əməkdar artist

  • Avqust 8, 2020 09:06
  • “Bütün pullarımı paltarlara xərclədim”.

    Bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “7 canlı” proqramında deyib. Sənətçi səhnə geyimlərindən bəhs edib: 

    “Zaman elə keçdi ki… O paltarların puluna nələr alardım. Bilmədən, bütün hər şeyimi geyimə verdim. Səhnə üçün yaşadım. Buna görə peşman da deyiləm. Çünki bu paltarları özüm dizayn etdim. Mənim əl işlərimdir”.

    Müğənni oğlunun evlənməməsindən gileylənib:

    “Oğlum seçimi mənə buraxıb. Amma deyir ki, zahiri görünüşü mən deyən olsun. Fərid deyir ki, elə qız almalıyam gözüm ondan başqasın görməsin. Yalnız onun üçün yaşamalıyam, o da mənim üçün”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir