Üç xanımın həyatına son qoyan iranlı həkimin hələ də azadlıqda olmasına səbəb nədir? – ARAŞDIRMA

  • Avqust 11, 2020 10:25
  • “2017-ci ildə Zəfəran Hospitalda dünyasını dəyişmiş gənc model Leyla Oruclu, 2019-cu ilin may ayında Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş həkim-ginekoloq Sona Gürgün Vəliyeva və bu ilin may ayının 11-də, yenə Baku Medikal Plazanın Babək filialında dünyasını dəyişmiş 24 yaşlı Turanə Musazadə məhz Siruz Qoçxaninin qurbanlarıdır”.

    Bunu Huriyyet.org-a ictmai vəkil Samir Zeynalov bildirib.  Samir Zeynalov, İran İslam Respublikasının vətəndaşı Siruz Qoçxaninin icra etdiyi plastik-estetik əməliyyatlar nəticəsində 3 nəfər xanım pasiyentin həyatına son qoyduğunu qeyd edib. O, bu barədə nə Səhiyyə Nazirliyi, nə də ki, hüquq-mühafizə orqanlarının bu günə qədər heç bir zəruri tədbir görmədiyini deyib:

    “3 nəfərin qatili Siruz Qoçxani hələ də azadlıqdadır.

    Məlum olduğu kimi 2008-ci ildən etibarən ölkəmizdə qeyri-qanuni olaraq fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Siruz Qoçxani icra etdiyi plastik-estetik əməliyyatlar nəticəsində 3 nəfər xanım pasiyentin həyatına son qoyub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir