Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

  • Fevral 9, 2021 09:34
  • 2020-ci ildə Almaniyada müsəlmanlara nifrət zəminində törədilən cinayətlərin sayı 2019-cu illə müqayisədə 2% artıb.

    RespublikaTv.Com bildirir ki, bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniya Daxili İşlər Nazirliyinə (DİN) istinadən yazıb. Belə ki, 2020-ci ildə müsəlmanlara və İslam qurumlarına azı 901 hücum edilib. 77 halda məscidlərin ətrafında təxribatlar olub.

    Hücumların böyük hissəsini ultrasağçı qruplaşmaların üzvləri törədib, 48 nəfər xəsarət alıb.

    2019-cu ildə Almaniyada müsəlmanlara, İslam cəmiyyətlərinə və müsəlman şirkətlərinə 884 hücum edilib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir