Yasamalda maşın sərnişin avtobusuna çırpıldı

  • Dekabr 25, 2020 09:25
  • Bakı şəhərinin Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılıb.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir