Hacı Beyləqanski 19 il müddətinə həbs edildi

  • İyul 29, 2020 09:08
  • Rusiyanın paytaxtı Moskva şəhərində Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub. “Qafqazinfo”  Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinə istinadən xəbər verir ki, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

    H.Talıbxanlı iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib.

    Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu “Toyota Land Cruiser” avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı yaralardan yerində dünyasını dəyişib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir