RespublikaTV

Qarabağ Azərbaycandır!

Kəlbəcər sakini maşınında yanaraq öldü

  • Noyabr 23, 2020 17:30
  • Kəlbəcər rayon sakini qəzaya düşərək vəfat edib

    DİN-dən Respublikatv.Com a verilən məlumata görə, noyabrın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

    Ə.Camalovun idarə etdiyi avtomobildə yanğın baş verib. Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir