Şəhidlərin adına olan nömrələrlə bağlı – Açıqlama

  • Noyabr 18, 2020 15:59
  • Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan şəxslərin adına olan nömrələrlə bağlı cəmiyyətdə müxtəlif zamanlarda müxtəlif təkliflər səsləndirilib.

    Şəhidlərin adına olan nömrələrin aqibətinin necə olacağı ilə bağlı Respublikatv.Com un sorğusuna cavab olaraq “Nar”dan bildiriblər ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş əsgərlərimizin nömrələrinin onun birinci dərəcəli ailə üzvləri ödənişsiz dublikatını çıxara bilərlər.

    Şəhid ailələrinə dəstək məqsədilə nömrələrin balansına 1000 dəq, 1000 SMS və 10GB-lıq paket əlavə olunacaq. Bunun üçün şəhidin anası, atası, arvadı/əri və ya övladlarının “Nar” xidmət mərkəzlərinə yaxınlaşaraq müvafiq sənədləri təqdim etmələri kifayətdir. “Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgərlərimizin haqqını heç vaxt ödəyə bilmərik. Şəhid ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu hesab edirik” – deyə şirkətdən bildirilib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir