Kontakt Home-dan Türkiyə brendlərinə dəstək – 50%-DƏK ENDİRİM

  • Noyabr 2, 2020 12:33
  • Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı şəbəkələrindən olan Kontakt Home noyabrın 11-dək bütün türk brendlərinin məhsullarına 50%-dək endirim kampaniyası elan edir. Kampaniyanın əsas məqsədi türk brendlərinin satışını artırmaqla qardaş ölkənin iqtisadiyyatına dəstək olmaqdır.

    “Azərbaycan ilə Türkiyəni sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Xüsusən də son hadisələrin müstəvisində qardaş ölkənin bizə olan dəstəyi danılmazdır. Buna görə Kontakt Home olaraq biz də hər kəsi Türkiyənin yanında olmağa və onların iqtisadiyyatına dəstək olmağa çağırırıq”, – deyə şirkətdən bildiriblər.

    Yalnız noyabrın 11-dək Kontakt Home-da

    “Gala – Lima” qonaq dəsti 3600 deyil, 50% endirimlə cəmi 1799,99 manata;

    “Gala – Safir” yataq dəsti 4800 deyil, 50% endirimlə cəmi 2399,99 manata;

    “San Marino” tekstil-yataq dəsti 108 deyil, cəmi 75.99 manata;

    “Sofram Mars çaydan 110 deyil, cəmi 89,99 manata;

    “Canali Carla” qazan dəsti 250 deyil, cəmi 199,99 manata olacaq.

    Hazırda Kontakt Home mağazalar şəbəkəsində Türkiyə məhsullarının 100-dən çox çeşidi: qonaq, yataq və mətbəx mebelləri, tekstil və qab-qacaq çeşidləri təqdim olunub. Şəbəkənin hazırda Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı, Qəbələ və Mingəçevir daxil olmaqla 28 mağazası və www.kontakt.az ünvanında 1 onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın Kontakt Home mağazasını buradan tapın. Bütün kampaniya və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran sualları ünvanlayın.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir