Roberto Bordin millinin baş məşqçisi oldu

  • Fevral 12, 2021 16:01
  • Futbol üzrə Moldova milli komandası yeni baş məşqçiyə həvalə olunub.

    RespublikaTv.Com xəbər verir ki, sözügedən komandanı bundan sonra “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin çalışdıracaq.
     
    Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. 
     
    Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub. O, Azərbaycan klubundan ayrılandan bəri işsiz idi.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir