Samir Abbasov koronavirusdan sağaldı

“Neftçi”nin bir neçə futbolçusu və məşqçisi koronavirusdan sağalıb.
RespublikaTv.Com klubun televiziyasına istinadən xəbər verir ki, “ağ-qaralar”da baş məşqçi Samir Abbasov və onun köməkçilərindən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan isə Voyislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mbodj və Asim Əlizadənin təkrar testlərinin cavabı neqativ olub.Sabir Buqrin, Kamran İbrahimov, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi isə davam edir.