RespublikaTV

Qarabağ Azərbaycandır!

“Zirə”nin futbolçusu şəhid qardaşının adını formasında daşıyacaq

  • Noyabr 23, 2020 10:20
  • “Zirə” klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq.

    Respublikatv.Com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.

    Qurum rəsmisi bildirib ki, onlara edilən bu təklifə dərhal müsbət cavab veriblər.Qeyd edək ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir