Xəzərdə daha bir zəlzələ oldu
Avqustun 31-də Xəzər dənizində maqnitudası 4,2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla 00:35 və 01:35 qeydə alınıb.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
***
Bu gün Xəzər dənizində maqnitudası 3.3 olan daha bir zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:44 -də qeydə alınıb.
Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.