RespublikaTV

Qarabağ Azərbaycandır!

Qusara istirahətə gedən 16 nəfər cəzalandırıldı

  • İyul 28, 2020 07:30
  • Sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Qusara istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

    Qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.

    Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir