Lənkəranda ev yandı, iki uşaq öldü

  • Noyabr 11, 2020 11:50
  • Lənkəran şəhərində səhər saatlarında yanğın baş verib.

    Respublikatv.Com FHN-ə istinadən xəbər verir ki, bu gün səhər “112” qaynar telefon xəttinə Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olması və ev sakinlərinin içəridə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib. Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir