Müsavat fəalı həbs olundu

  • Mart 11, 2018 21:57
  • Müsavat fəalı həbs olundu

    Respublika TV-nim verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində Milli Şura və Müsavat partiyası başda olmaqla ölkə müxalifətinin mitinqi baş tutub. Aksiyanın tələb və şüarları “Saxta seçkilərə son!”, “Monarxiyaya son!”, “Korrupsiyaya son!”,”Siyasi məhbuslara azadlıq” olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halı qeydə alınmayıb

    Əli Kərimli aksiyadan sonra mediaya açıqama verərkən qeyd edib ki, “10 mart mitinqi”nden öncə müxalifət fəallarına xüsusilə Xalq Cəbhəsi, Musavat və bir çox siyasi fəallara təzyiqlər edilib.

    Qeyd edək ki, bu təzyiqlərə dəfələrcə məruz qalan siyasi fəallardan biri də Umuxanlı Nicat Telman oğludur. Yaxınlarının verdiyi məlumata görə aksiyadan bir neçə saat sonra gecə radələrində yaşadığı evin yaxınlığındakı mağazadan çıxarkən 3 nəfər mülkü geyimli şəxs ona güc tətbiq edərək zorla maşına mindiriblər.

    Mülkü geyimlilər onu naməlum istiqamətə aparıblar. 11 mart 2018 tarixində səhər saatlarında Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə Umuxanli Nicat Telman oğluna 15 gün həbs cəzası verilib. İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ile ittiham olunub.

    11.03.2018

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir