Soydaşlarımız Vaqif Məmişovdan niyə narazıdır? VİDEO

  • Sentyabr 1, 2020 23:19
  • Biz adətən ölkə gündəmi haqqında məlumatlar paylaşırıq. Lakin çoxsaylı zənglərdən, mesajlardan sonra ölkə xaricində yaşayan həmvətənlərimizin də problemlərini işıqlandırmağı qərara aldıq. 500 minə yaxın Azərbaycanlının yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində baş verənlər bizi dəhşətə gətirdi. Orada yaşayan oliqarxlar özündən kiçik iş adamlarını müxtəlif vasitələrlə sıradan çıxardır. Diaspora rəhbərlərindən tutmuş sadə vətəndaşına qədər xalqımızı əzən hər kəsi sizə tanıtdıracağıq.
    Sankt-Peterburqda əsasən “meyvə krallarının” və diaspora nümayəndələrinin qanunsuz əməlləri sadə vətəndaşlarımızın həyatında problemlər yaradır. Bütün baş verənləri bir verlişdə çatdıra bilmədiyimiz üçün bu barədə silsilə proqramlar hazırlamağı düşünürük.
    Hal-hazırda Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəri Rusiya vətəndaşı olan, həmyerlimiz Vaqif Məmişovdur. Vaqif Məmişovun Rusiya elitası ilə yaxın münasibətləri olsa da sadə vətəndaşlarımız bundan nəinki xeyir əksinə ziyan görürlər. Diaspora rəhbərliyinin etdiyi xəyanətlər bir neçə ildir ki kütləvi informasiya vasitələrində işıqlandırılır. Keçmiş baş prokuror Zakir Qaralovla kirvə olan Vaqif Məmişovun qorxudundan mətbuat onun üstünə gedə bilməmiş, onun əməllərini tam ifşa edə bilməmişdir. Onun fəaliyyətinə iş adamlarından müxtəlif yollarla hədə qorxu gəlməklə küllü miqdarda pul alma, qumar məclisləri təşkil etməklə biznesmenlərin biznesini əlindən alma, ermənilərlə qohumluq, ermənilərə yüksək vəzifələrə qoymaq vs aiddir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir