Bayden Trampın Putinlə gizli danışıqlarına giriş əldə edib

  • Fevral 10, 2021 11:30
  • ABŞ-ın yeni Prezidenti Cozef Bayden sabiq dövlət başçısı Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə gizli saxladığı telefon danışıqlarına giriş əldə edib.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə “Politico” nəşri eks-Prezidentin ofisindəki mənbələrə istinadən məlumat verib.

    “Onlar bu materialları görmək üçün bizdən icazə almalı deyillər”,- deyə keçmiş Ağ Ev rəsmilərindən biri Baydenin milli təhlükəsizlik komandasını işarə edərək qeyd edib.

    “Bayden bütün zəng materiallarına sahibdir”,- deyə mənbə əlavə edib.

    Baydenə yaxın olan keçmiş milli təhlükəsizlik rəsmisinin sözlərinə görə isə, Trampın rəhbərlik etdiyi dörd il ərzində Putinlə nə danışdığını öyrənmək milli təhlükəsizlik prioritetidir.

    “Heç bir amerikalı tərcüməçi və qeyd alanın iştirak etmədiyi bəzi üz-üzə görüşlərdə baş verənlər tam öyrənilməyə bilər. Ancaq yeni milli təhlükəsizlik komandası bu materiallara giriş əldə etməyə çalışmasaydı, çox təəccüblənərdim”,- deyə o qeyd edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir