“Xalqımızın bir olmağa ehtiyacı var” – Aslan Həmidli

  • İyul 16, 2020 21:29
  • ”Bu gün xalqımızın bir olmağa ehtiyacı vardır.”

    AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli öz sosial şəbəkə hesabında paylaşıb.

    Mətni olduğu kimi sizlərə təqdim edirik:

    “Bu gün xalqımızın bir olmağa ehtiyacı vardır. Bu gün yağı düşmənlə üz-üzəyik. Biz tək, düşmən isə böyük müttəfiqlərilə birlikdədir. Düşmənin bizlə təkbə-tək döyüşməyə nə cəsarəti nə də hərbi qüdrəti vardır!

    Qarabağımızın azadlığı naminə iqtidarla hər bir müxalif partiya bu gün həmrəy olmalıdır. Siyasi rəqabəti, intiriqanı durdurmağın və düşmənə qarşı vahid cəbhədə birləşməyin əsil vaxtıdır. Unutmaq lazım deyildir ki, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir