Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi – Azərbaycanlı öldürüldü

  • Yanvar 24, 2021 08:25
  • Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

    RespublikaTv.Com Türkiyə mediasına istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

    Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.

    Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir