RespublikaTV

Qarabağ Azərbaycandır!

Sputnik V Türkiyədə istehsal ediləcək

  • Yanvar 23, 2021 15:16
  • Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçılarından biri ilə Türkiyədə Sputnik V koronavirus peyvəndi istehsalına dair bir müqavilə imzalayıb.

    RespublikaTv.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib. Texnologiya transferinin artıq başlandığı bildirilib.

    “Sputnik V peyvəndinin illik potensial istehsal həcmi ildə milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də müzakirə olunur. Peyvənd həm Türkiyə daxilində daxili bazara, həm də digər ölkələrə tədarük ediləcək”,-deyə fonddan bildirilib.

    Bildirilib ki, türk əməkdaşlar peyvəndə böyük maraq göstərirlər.

    Sputnik V peyvəndi sübut edilmiş və yaxşı öyrənilmiş insan adenovirusu vektor platformasına əsaslanır və artıq Rusiya, Belarusiya, Argentina, BƏƏ, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda istifadə üçün təsdiqlənib. Həmçinin Avropa İttifaqında da peyvənd qeydiyyatı prosesi başladılıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir