İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

  • Yanvar 16, 2021 08:40
  • Yanvarın 15-də İndoneziyanın Qərbi Sulavesi əyalətində baş vermiş 6,2 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb, 637 nəfər xəsarət alıb.  

    RespublikaTv.Com bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

    Təbiət hadisəsi nəticəsində azı 100 tikili ciddi zədələnib. Hökumət 15 mindən çox insanı daha təhlükəsiz əraziyə təxliyə edib.

    Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

    Zəlzələ nəticəsində bir sıra dövlət qurumlarının, o cümlədən Qərbi Sulavesi qubernator administrasiyasının və yerli xəstəxananın binalarına da ciddi ziyan dəyib.

    Elektrik enerjisi ilə təchizatda nasazlıqlar baş verib, rabitə xətləri zədələnib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir