Moskvada məktəblər 18 yanvarda açılır

  • Yanvar 14, 2021 12:10
  • Moskva məktəblərinin bütün siniflərinin şagirdləri 18 yanvardan etibarən normal təhsil rejiminə qayıdacaq.

    RespublikaTv.Com xəbər verir ki, müvafiq fərman Moskva meri Sergey Sobyanin tərəfindən imzalanıb.

    “Uşaqlar evdə qalmaqdan bezdilər. Ancaq məktəblilər arasında yoluxmanın artma riski hələ də çoxdur. Buna görə də məktəblər mümkün qədər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, – deyə Sobyaninin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

    Sobyanin qeyd edib ki, məktəblilər üçün nəqliyyat kartları açılacaq. Əgər hər hansı bir sinifdə şagirdlərdən biri xəstələnərsə, bütün sinif müvəqqəti olaraq distant təhsilə keçəcək.

    Meriya bütün digər məhdudiyyətləri 21 yanvaradək uzadıb. Bu dövrdə Moskvanın universitet və kollecləri, idman məktəbləri və digər təhsil müəssisələri məsafədən fəaliyyət göstərəcək.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir