RespublikaTV

Qarabağ Azərbaycandır!

Ərdoğan “WhatsApp”dan imtina etdi

  • Yanvar 10, 2021 22:10
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.

    RespublikaTv.Com “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisinin yaydığı məlumatda bildirilir.

    Qeyd edilir ki, Ərdoğan sabahdan etibarən “WhatsApp” mesajlaşma qruplarını “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP”ə köçürəcək.Qeyd edək ki, “WhatsApp” yanvarın 4-də “Məxfilik siyasəti”ni yeniləmiş və istifadəçilərinə yenilənmiş qaydaları qəbul etmələri üçün bildiriş göndərmişdi. Yeni şərtlərdə istifadəçilərin hesab məlumatlarının, mesajların əsas məzmununun, olduqları yer barədə məlumatların “Facebook”a aid şirkətlərlə paylaşılması irəli sürülüb. Bu yenilik yalnız Avropa Birliyi ölkələrinə şamil olunmayacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir