RespublikaTV

Qarabağ Azərbaycandır!

II Elizabetlə həyat yoldaşı peyvənd olundu

  • Yanvar 9, 2021 20:03
  • Böyük Britaniya Kraliçası II Elizabet və onun həyat yoldaşı, Edinburq hersoqu Filipp koronavirus infeksiyasına qarşı peyvənd olunublar.

    RespublikaTv.Com “TASS” a istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayının bəyanatında deyilir.

    “Kraliça və Edinburq hersoqu bu gün koronavirusa qarşı peyvənd olunublar”, – məlumatda deyilir.

    Onların hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunmaları açıqlanmır.

    Məlumdur ki, hazırda Böyük Britaniyada “Pfizer/BioNTech” və “AstraZeneca” vaksinlərindən istifadə olunur.  

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir