Əfsanəvi “Boeing 747”nin istehsalı dayandırılacaq
Amerika Aviasiya nəhəngi “Boeing” bəyan edib ki, əfsanəvi “donqar” avialaynerini – “Boeing 747”nin istehsalını 2022-ci ildə dayandıracaq. Bu barədə “Rosbalt.ru” xəbər verib.
“Bazarın mövcud dinamikası və perspektivləri fonunda əfsanəvi 747-nin istehsalını 2022-ci ildə dayandıracağıq”, – korporasiyanın açıqlamasında deyilir.