RespublikaTV

Qarabağ Azərbaycandır!

“Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək”

  • Dekabr 28, 2020 23:24
  • “Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək”.

    RespublikaTv.Com xəbər verir ki, belə bir əminliklə bu gün keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove çıxış edib.

    “Mutasiya davam edir. Mutasiya – bu təbii prosesdir. Virusun özü xüsusilə təsirlənmir, ancaq ötürmə potensialı(parçalanmış yeni hüceyrənin)daxil olmaqla bu variantları araşdırmağa davam etməliyik”, – deyə ekspert bildirib.

    Van Kerkhove qeyd edib ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyanı izləyən dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, təşkilatın özünün koronavirusun yeni variantlarını öyrənən mütəxəssislər qrupu var.

    “Onların fəaliyyətinin nəticələri yaxın günlərdə və həftələrdə açıqlanacaq”, – deyə ÜST rəsmisi söyləyib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir