RespublikaTV

Qarabağ Azərbaycandır!

İtaliyalılara ölkə daxilində hərəkət etmək qadağan edildi

  • Dekabr 20, 2020 14:48
  • İtaliya Nazirlər Şurası Milad və Yeni il bayramları günlərində ölkə daxilində hərəkət etməyi qadağan edib. 

    RespublikaTv.Com bildirir ki, bu barədə “The Guardian” nəşri xəbər verib.

    Baş nazir Cüzeppe Konte tərəfindən imzalanmış fərmana əsasən, 20 dekabr-6 yanvar tarixlərində İtaliya vilayətləri arasında yalnız iş, müalicə və ya təxirəsalınmaz işlərlə bağlı hərəkət etmək mümkün olacaq.

    Milad bayramında və Yeni ildə İtaliya sakinlərinə yaşadıqları şəhərləri tərk etmək qadağan ediləcək.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir