Bayden keçmiş rəqibini nazir təyin edəcək

  • Dekabr 16, 2020 10:47
  • ABŞ Prezidenti Co Bayden keçmiş rəqibi, Demokratların prezidentliyə namizədi Pit Butticiçi nəqliyyat naziri təyin edəcək.

    RespublikaTv.Com xəbər verir ki, Bayden nəqliyyat naziri vəzifəsinə prezidentlik yarışından çəkilib onu dəstəkləyən keçmiş Cənubi Bend bələdiyyə başçısı Butticiçi seçib. Butticiç ABŞ Senatında təsdiqlənəcəyi təqdirdə ilk LGBT üzvü olan nazir olacaq.İddia olunur ki, Butticiç Amerikanın BMT-də daimi nümayəndəsi olmaq istəyib. Lakin Bayden bu vəzifəyə 35 ildir ABŞ Dövlət Departamentində diplomat olan Linda Tomas-Qrifildi gətirəcəyini bildirib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir