Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş 5 erməni saxlanıldı

  • İyul 28, 2020 07:28
  • Rusiyada istintaq məhkəmədən Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etməkdə şübhəli bilinən beş ermənin həbsini tələb edir. Bu barədə “TASS” paytaxtın Nikulin rayon məhkəməsinə istinadən xəbər verib.

    Bildirilir ki, Nikoyan S.M., Nikoyan A.A., Petrosyan A.P., Petrosyan N.Ş., Apreyan A.A.-nın saxlanmasına dair müraciət daxil olub.

    Bu şəxslər qrup halında xuliqanlıq etməkdə təqsirli bilinirlər.

    Qeyd edək ki, daha əvvəl RF DİN-dən Moskvada kütləvi davalarda və müəssisələrdə vitrinlərin sındırılmasından sonra 30-dan çox nəfərin saxlanılması barədə məlumat verilmişdi. Bundan əlavə, miqrasiya qanunvericiliyinə uyğun olaraq, xarici vətəndaşlar üçün 5 il müddətinə Rusiya Federasiyasına giriş qadağasının qoyula biləcəyi ilə bağlı tədbirlər görülə biləcəyi barədə də bildirilmişdi.  

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir