İranın nüvə alimi qətlə yetirildi

  • Noyabr 27, 2020 20:45
  • İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadə Tehran əyalətində qətlə yetirilib.

    Respublikatv.Com TASS-a istinadən xəbər verir ki, məlumatı İranın Müdafiə Nazirliyi təsdiq edib. Alim İranının Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri olub.

    “Bu gün terrorçular Möhsün Fəxrizadəyə silahlı hücum ediblər. Həkimlər briqadası onun həyatını xilas edə bilməyiblər”, – deyə nazirliyin məlumatında deyilir.

    “Fars” agentliyinin məlumatına görə, alimə Damovənd rayonunda hücum ediblər. Atışma zamanı daha üç-dörd nəfərin ölə biləcəyi ehtimal olunur. Şahidlər hadisə yerində partlayış olduğunu da bildiriblər.

    Bununla yanaşı, İranın Atom Enerjisi üzrə Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi ölkədə nüvə enerjisi sahəsində çalışan bütün alimlərin sağ olduğunu açıqlayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir