RespublikaTV

Qarabağ Azərbaycandır!

Almaniyada peyvəndlənmə tarixi məlum oldu

  • Noyabr 26, 2020 14:41
  • Almaniya Kansleri Angela Merkel Parlamentdə çıxışı zamanı koronavirusa qarşı peyvəndin vurulma tarixini açıqlayıb.

    Respublikatv.Com xəbər verir ki, Merkel “COVID- 19”a yoluxanların sayının hələ də çox olduğunu, bu səbəbdən hökumətin həyəcan keçirdiyini ifadə edib.

    O vurğulayıb ki, vaksinlərin tətbiqi bu ilin sonunda baş tuta bilər:

    “Yanvar ayından əvvəl hər şey tam olaraq həll olunmayacaq. Ancaq Yeni İldən əvvəl vaksinlərin vurulması reallaşa bilər”.

    Qeyd edək ki, ölkədə sərt karantin rejimi dekabrın 20-dək uzadılıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir