RespublikaTV

Qarabağ Azərbaycandır!

Neftin qiyməti 49 dollara yaxınlaşır

  • Noyabr 25, 2020 10:29
  • Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

    Respublikatv.Com xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,94% bahalaşaraq bir barrelə görə 48,31 dollar olub. Sonuncu dəfə “Brent” neftinin qiyməti 48 dollardan yuxarı martın 6-dan qeydə alınıb.WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,78% artaraq bir barrelə görə 45,26 dollara yüksəlib. Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir