RespublikaTV

Qarabağ Azərbaycandır!

Ovannisyanı döydülər

  • Noyabr 17, 2020 20:49
  • Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Ovannisyan Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra hücuma məruz qaldığını açıqlayıb.

    Respublikatv.Com xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib. Ovannisyan 9 noyabrdan etibarən davamlı təhdidlər aldığını, lakin bunlara cavab vermədiyini və hətta polisə də müraciət etmədiyini deyib.“Dünən gecə iki nəfər mənə hücum etdi. Onları dəf edə bildim. Heç kimdən qorxmuram və heç kimi özümə düşmən hesab etmirəm. Lakin ölüm təhdidi olduğu və məni izlədikləri üçün polisə müraciət etməliyəm”,- deyə Ovannisyan qeyd edib.Xatırladaq ki, 9 noyabrda səhhəti kəskin şəkildə pisləşən Ovannisyan huşsuz şəkildə tibb mərkəzinə yerləşdirilmişdi. İmzalanmış bəyanatın xəbəri yayıldıqdan sonra Ovannisyan öz feysbuk səhifəsində “Kaş özümə gəlməsəydim”,- deyə münasibət bildirmişdi. Noyabrın 11-də vəzifədən getdiyini, bundan sonra elmi fəaliyyətlə məşğul olacağını bildirmişdi.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir