Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu

  • Noyabr 15, 2020 14:21
  • Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

    Respublikatv.Com xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

    “Dostlar, bütün ehtiyata və təhlükəsizlik qaydalarına riayət olunmasına baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Mən distant işləyəcəyəm, gündəlik brifinqləri buradan keçirəcəyəm”, – deyə Stepanov sosial şəbəkədə yazıb.

    Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxması barədə xəbər verilmişdi.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir