RespublikaTV

Qarabağ Azərbaycandır!

Ermənistanda spikeri döyən bir neçə şəxs saxlanılıb

  • Noyabr 10, 2020 15:04
  • Bu gün gecə Ermənistanda baş verən iğtişaşlar zamanı parlamentin sədri Ararar Mirzoyanı döyən bir neçə şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    Respublikatv.Com xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan feysbuk hesabında canlı yayım zamanı açıqlama verib.

    “Ararat Mirzoyana hücum edən bir neçə şəxsin saxlanıldığını söyləmək istəyirəm. Əlbəttə ki, onların hamısı tutulmayıb. Lakin həbslərin başladığını vurğulamaq vacibdir”,- deyə Paşinyan qeyd edib.

    Xatırladaq ki, ötən gecə Ermənistanın kapitulyasiya elan etməsindən sonra başlayan iğtişaşlar zamanı parlament sədri bir qrup şəxs tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir