Putin 3 naziri istefaya göndərdi

  • Noyabr 9, 2020 13:04
  • Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix və təbii sərvətlər naziri Dmitri Kobılkin vəzifələrindən azad olunub.

    Respublikatv.com xəbər verir ki, bu barədə Prezident Vladimir Putin müvafiq fərman imzalayıb.

    Bundan əlavə, Nikolay Tsukanov Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.Tikinti naziri Vladimir Yakuşev vəzifəsindən azad edilərək Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin olunub.Rusiya Prezidenti baş nazir müavinlərinin sayının 9-dan 10-a çatdırılması barədə də fərman imzalayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir