RespublikaTV

Qarabağ Azərbaycandır!

Bayden rekord 74 milyon səs toplayıb

  • Noyabr 8, 2020 10:43
  • Qeyri-rəsmi nəticələrə əsasən, ABŞ-ın 46-cı Prezidenti seçilən demokrat Co Bayden bəyan edib ki, seçicilər ona böyük bir qələbə qazandırıblar – rekord 74 milyon səs.

    Respublikatv.com xəbər verir ki, bu barədə siyasətçi “ABC News” telekanalına açıqlamasında bildirib.Bayden koronavirusla bağlı məsələdə qələbə əldə etdikdən sonra işə başlamaq niyyətində olduğunu qeyd edib.

    Demokrat həm də ABŞ-ı dünyada lider etmək məqsədindən danışıb: “Seçkilərdə əvvəllər heç kimin ala bilmədiyi səslə qazandıq. Mən dünyanın Amerikaya yenidən hörmət etməsi üçün bu posta çatdım”.

    Qeyd edək ki, Co Bayden 273 səslə qələbəsini elan etsə də, Donald Tramp bununla razılaşmayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir