Gürcüstanda komendant saatı elan olundu

  • Noyabr 7, 2020 14:51
  • Gürcüstanda koronavirus pandemiyası səbəbindən bütün böyük şəhərlərdə komendant saatı elan olunub.

    Respublikatv.Com xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini Maya Tskitişvili virusla mübarizə üzrə koordinasiya şurasının iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib. Qeyd olunub ki, 9 noyabr tarixindən etibarən Gürcüstan rəhbərliyi koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə böyük şəhərlərdə saat 22:00-dan 5:00-dək ​​avtomobil və piyadaların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa gündəlik yoluxma sayında rekord (2859) qeydə alınıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir