Bayden seçkilərdə öndədir

  • Noyabr 4, 2020 11:36
  • ABŞ-da keçirilən ümumi seçkilər 3 noyabr yerli vaxtla saat 20: 00-da (Bakı vaxtı ilə 4 noyabr saat 10:00) başa çatıb.

    Respublikatv.com xəbər verir ki, seçkilərdə bağlanan son məntəqə Birləşmiş Ştatların qərb qəsəbəsində, təxminən 300 nəfərlik əhalisi olan Aleut adalarındakı Adyak kəndində olub. Qeyd edək ki, ABŞ-da bir prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 əyalət və ərazi valisi və yerli hökumət məmurlarının seçilməsi üzrə ümumi seçkilər keçirilib. Namizədlərin qazanmaq üçün 538 seçici səsdən 270-ni toplaması gərəkdir. CNN telekanalının verdiyi məlumata görə, Bayden indiyə qədər 223, Tramp isə 174 səs toplayıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir