İzmirdə 4,1 ballıq zəlzələ oldu

  • Noyabr 2, 2020 16:58
  • İzmir şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

    Respublikatv.Com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 14:58-də Egey dənizi sahillərində, Seferihisar rayonunda qeydə alınıb.

    Zəlzələnin ocağı 6.18 km dərinlikdə yerləşib.

    Məlumata görə, oktyabrın 30-dan bu günə qədər İzmirdə 1226 silkələnmə olub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir