İngiltərə yenidən 1 aylıq karantinə gedir

  • Noyabr 1, 2020 02:04
  • İngiltərədə koronavirusa yoluxanların sayının artmasına görə yenidən karantin rejimi tətbiq olunacaq.

    Respublikatv.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson məlumat verib.

    O qeyd edib ki, karantin 5 noyabrdan etibarən tətbiq olunacaq. 4 həftəlik karantin müddətində İngiltərədə restoranlar, kafelər, əyləncə məkanları yenidən bağlanacaq.

    Yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir