İzmirdə təhsilə bir həftə fasilə verildi

  • Oktyabr 31, 2020 14:49
  • İzmirdə baş verən 6,6 ballıq zəlzələ səbəbindən şəhərdə təhsilə bir həftə fasilə verilib.

    Respublikatv.Com xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Naziri Ziya Səlçuk öz tvitter hesabında məlumat verib.

    “Yaraları birlikdə sağaldacağıq. İzmir vilayətində təhsilə bir həftəlik fasilə vermək qərarına gəldik. Təhsil ailəsi olaraq şagirdlərimiz, müəllimlərimiz, idarəçilərimiz və valideynlərimizlə çətinlikləri birlikdə dəf edəcəyik”,-deyə nazir qeyd edib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir