RespublikaTV

Qarabağ Azərbaycandır!

Bu gün Gürcüstanda parlament seçkiləridir

  • Oktyabr 31, 2020 11:53
  • Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir.

    Respublikatv.com bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.Ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir ki, bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir